eededed

Son Dakika
bltema.blogspot.com sitesinde sizi muhteşem temalar bekliyor..Hemen ziyaret etmeye ne dersiniz ??

Nizami Rəmzi

мая 27, 2018
                                                                                 

Nizami Rəmzi oğlu Baxşıyev 1947-ci il dekabırın 20-də Yasamalda anadan olub.
N.Rəmzi Bakıdakı 176, 158, və 159 saylı məktəblərdə orta təhsil almış, sonra isə 1967-ci ildə Ticarət texnikumunu birirmişdir. Əmək fəaliyyətinə sürücü kimi başlamışdır[1].
Rəmzi 1988-ci ildə "Meyxana" folklor ansamblının yaradıcısı olub, meyxananı adi toy, el şənliklərindən böyük sənət ocaqlarına, səhnələrinə çıxarıb. İlk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında (1989) və Heydər Əliyev Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib[2].
Meyxanaçılar arasında ilk dəfə kinofilmə ("Qəzəlxan") və sənədli filmə ("Göy qurşağı") çəkilib. Xarici ölkələrə də meyxananı ilk dəfə Nizami Rəmzi çıxarmışdır. O, TürkiyəRusiyaAlmaniyaİranGürcüstanÖzbəkistan və digər ölkələrdə meyxana söyləyib[2].
Nizami Rəmzi R.Behbudov adına Dövlət Mahnı Teatrı ansambılının müşayiəti ilə lentə almış, ilk dəfə "caz-meyxana"nın təməlini qoymuşdur[2].
Nizami Rəmzi 1997-ci ilin yanvarın 19-da Bakı şəhəri 28 May prospektində - dostu, meyxana ustası Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub[2].

Ailəsi

Sevda Baxşıyeva və Leyla ilə evli olmuşdur.

Yaradıcılığı

Onun "Gör neçə illərdi yalan görmüşəm", "Sən nə qoymusan, nəyi axtarırsan", "Dəyirmanımızı", "Yazıldı dastanı Azərbaycanın", "Lay-lay Azərbaycan", "Biləsən Vahid", "Vəziryan", "Qarbaçov", "Xilaskarımız" adlı məşhur meyxanaları xalqımızın yaddaşında dərin izlər buraxıb. "İlahi", "Kimsəsizler kimsəsi", "Şəm onu yandıracaqdır", "Etdi İlahim", "Azərbaycanım", "Pərvanə tapılmır", "Ana", "Özü", "Darıxır", "Kərbəla Vaqiəsi" və s. qəzəllər şairin yaradıcılığının rəmzidir[1]. 

0 коммент.:

Отправить комментарий

 
Footer'ı Göster