eededed

Son Dakika
bltema.blogspot.com sitesinde sizi muhteşem temalar bekliyor..Hemen ziyaret etmeye ne dersiniz ??

Əruz vəzni və meyxana

мая 26, 2018

Əruz  vəzni  və  meyxana Folklorumuzun  unikal  nümunələrindən  olan  meyxanaya  da  zaman -zaman  yanlış 

baxış  formalaşmışdır.  Belə  ki,  meyxananı  da  yanlış 

olaraq birbaşa əruzla bağlayırlar. Düzdür, meyxanada da 

digər  folklor  nümunələrində  olduğu  kimi  əruza  məxsus 

ritmik  elementlər  var,  lakin,  bu  elementləri  “əruzdan 

keçmə”  hesab  etmək  və  ya  buna  görə  meyxananın 
əruzdan  yarandığını  demək  düzgün  deyil,  bu  ritmik 
elementləri əruzdan asılı olmayaraq xalq özü yaratmışdır.
Çünki,  birincisi,  bu  gün  “meyxana”  adı  ilə  tanınan  ritmik 
musiqiylə  bədahətən  söz  demə  (bu  aşıq  sənətində  də 
var)  sənətinin  tarixi  əruzun  yaranma  tarixindən  xeyli
qədimdir.  Digər  tərəfdən,  məlumdur  ki,  klassik  meyxananın  şeir  forması  misrası  4-4-3  bölgüsündə  olan
qoşma, bəzən də 4-4 bölgülü gəraylıdır.  Bu şeir formaları
isə  türk  xalq  yaradıcılığlının  məhsuludur.  Meyxananın
qeyd olunan bölgülərdə    özünə məxsus ritmi və musiqisi
(bu  müsiqi  bəzi  ritmik  aşıq  havalarının  musiqisinə 
yaxındır)  var.  Əruz  vəzninin  səri-1  (müftə’ilün  müftə’ilün 
fA’ilün)  və səri-2 (müftə’ilün  müftə’ilün)  qəlibləri  də 4-4-3
və 4-4 bölgülərində  olduğundan,  həmin bölgülərdə  ritmlə 
deyilən  meyxana  (həmçinin,  bəzi   ritmik  aşıq  havaları: 
“Cəlili”,  “Şəşəngi”,  “Müxəmməs”  və  s.)  səri  bəhrinə 
oxşayır, lakin səri bəhri demək deyil. Fərq ondan ibarətdir 
ki,  meyxanada  (həmçinin,  həmin  aşıq  havalarında 
oxunan  şeirlərdə)  uzun  və  qısa  hecaların  misradakı 
ardıcıllıq formulu  əruzdakı  kimi dəyişməz yox, sərbəstdir
və  bu  sərbəstlik  hətta  musiqinin  (meyxanada  və  aşıq 
havalarında) də ritmlərinə təsirsiz ötüşmür.
Meyxanada sözlər bölgülərdə “parçalana” bilər. Bəzən 
meyxananın  məhz  bu  xüsusiyyətinə  görə  onun  əruza 
əsaslandığını  deyirlər.  Əslində  isə,  bu  düzgün  nəticə
deyil.  Belə  ki,  heca  vəznində  sözlərin  bölgülərdə  parçalanmaması qaydası  əsasən şeirin deyilişi üçün əhəmiyyət 
kəsb edir. Şeir ritmik musiqi ilə oxunduqda  bölgü və ritm 
cəhətdən  əsasən  musiqiyə  tabe  olur  və  ümumiyyətlə 
şeirin  deyiliş  bölgülərinin  əhəmiyyəti  itir.  Sözlərin  musiqi 
bölgülərində  parçalanması  isə  normal  haldır.  Yəni,  əgər 
musiqi bölgüləri  heca vəzninin  bölgülərindən fərqlənirsə, 
sözlər  musiqinin  bölgülərində  parçalanır  və  bu  heç  də 
xəta sayılmır.  Məsələn, 4-4-3 bölgüsündə olan ritmik aşıq 
havaları (“Cəlili”, “Şərili” və s.) üstündə 6-5 bölgülü şeirlər
də  oxuna  və  sözlər  musiqinin  bölgülərində  parçalana 
bilər.
Bəzən  elə  xalq  mahnılarına  (“Qaragilə”,  “Gəl,  gəl, 
gözəl yar”  və s.)  rast gəlirik ki, onların sözlərini musiqisiz, 
şeir  kimi  dedikdə  heç  bir  şeir  ölçüsünə  uyğun  gəlmir.
Həmçinin,  elə  aşıq  şeiri  nümunələrinə  rast  gəlirik  ki, 
misraların  bölgüləri  biri-birindən  fərqlənir  və  ya  sözlər 
bölgülərdə  parçalanır.  Bu  onunla  əlaqədardır  ki,  həmin 
xalq mahnılarının və aşıq şeirinin sözləri  musiqi üstündə, 
yalnız musiqi ilə oxunmaq üçün yaranmışdır. Meyxana da 
ritmik  musiqi  ilə  deyildiyindən  orada  sözlərin  bölgülərdə 
parçalanması  normaldır  və  bunu  əruzla  əlaqələndirmək 
olmaz.
Onu da qeyd edək ki, heca vəzninin 7  (4-3) və 8  (4-4) 
hecalı  nümunələrində  sözlərin  bölgülərdə  parçalanması 
nəinki musiqi ilə oxunduqda, hətta şeir deyilişində də tam 
normaldır. 
O  ki  qaldı  meyxanada  əruz  qəliblərindən  istifadə 
olunmasına,  bu  sonradan  bir  ənənə  kimi  meydana 
çıxmışdır.  Burada  isə,  təbiidir  ki,  əruzun  tələblərinin 
dəqiqliklə  gözlənilməsi  mümkün  deyil,  çünki,  şifahi 
sənətdir.  Fikrimizcə,  bədahətən deyilən  meyxanada çətin 
əruz qəliblərindən istifadəyə çox yer vermək lazım deyil, 
çünki,  bu  zaman  mənalı  söz  demək  imkanı  bir  az  da 
məhdudlaşır.  Meyxananın  inkişafında  isə  əsas  məsələ 
formal amil olan vəzn yox, mənalı söz demək olmalıdır. 
Bəzi  əruz  qəliblərindən  qeyri-dəqiq  istifadəyə  aşıq 
şeirində  də  rast  gəlirik.  Əsasən  rəməl-6  qəlibi  üzərində 
yazılmış  15  hecalı  həmin  aşıq  şeirlərində  (divani, 
müxəmməs  və  s.)  də  meyxanada  olduğu  kimi  ritmik 
ardıcıllıq dəqiqliklə gözlənilmir, yəni, yarı əruz, yarı heca 
vəznində olur.  Məsələn:
Yatmayıb sübhə qədər çəkirəm nalə, hardasan
Salıbdır eĢqin məni sonam, məlalə hardasan...
Və ya:
Dolanıb bu aləmi baĢqa diyar axtarıram,
Deməyə dərdlərimi yoxdur dildar, axtarıram,
ĠçmiĢəm badəsini bu çərxi dönmüĢ fələyin,
Olubdur dünya mənim baĢıma dar axtarıram.
M. Daşqın
Lakin təmiz əruzda yazmış aşıqlarımız (Qurbani,  aşıq 
Valeh, aşıq Ələsgər və s.) da olmuşdur.
Təqdirəlayiq  haldır  ki,  son  vaxtlar  klassik  janrlarda
(qəzəl,  müxəmməs  və  s.)  şeirlər  yazan  gənc  meyxanaçıların  əksəriyyəti  onu  təmiz  əruzda  yazırlar. 
Əvvəllər  isə,  əksər  meyxanaçılar  yazdıqları  şeirləri  də 
əruz  üstündə  dedikləri  bədahətən  meyxanalarda  olduğu 
kimi  qeyri-dəqiq  vəzndə  (yarı  əruz,  yarı  heca  vəznində)
yazırdılar. 

0 коммент.:

Отправить комментарий

 
Footer'ı Göster