Azərbaycan ədəbiyyatında işlənən şeir formaları: vəznlər və şəkillər
Şeirin forması onun vəzni və şəkli ilə xarakterizə
olunur. Vəzn əsasən şeir misralarının bölgülənmə qaydasını,
uzunluğunu (misrada olan hecaların sayını) və
metro-ritmk quruluşunu müəyyən edir. Şeirin şəkli isə
misraların qafiyələnmə qaydasını, misraların
uzunluqları-nı və şeirin bəndlərə ayrılma qaydalarını
müəyyən edir.
Ümumilikdə bütün dünya xalqlarının şeirində 3 növ
vəzn fərqləndirilir:
- Sillabik vəzn – misralarda heca saylarının bərabərliyinə
əsaslanan vəznə deyilir. Əksər dünya
xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində
işlənmiş və bir çoxlarında bu gün də işlənməkdədir.
Tonik vəzn – şeir misralarında vurğulu (daha yüksək
tonlu) hecaların müəyyən qayda ilə düzülüşünə
əsaslanan vəzndir. Rus, fransız və b. xalqların şeirində
istifadə olunur. Məlumdur ki, türk dilində vurğulu açıq hecalarda
belə sait uzanmır, həmçinin şəkilçi qəbul
etməmiş sözlərdə həmişə, şəkilçi qəbul etmiş sözlərdə
isə əksərən vurğu sonuncu hecaya düşdür. Ona görə də
bu dildə vur-ğu böyük əhəmiyyət kəsb etmir. Vurğu
böyük əhəmiyyət kəsb etmədiyindən tonik vəzn türk
dilinə xas deyil.
- Metrik (metro-ritmik) vəzn – uzun və qısa
hecala-rın misralarda müəyyən ardıcıllığına əsaslanan
vəzn. Qə-dim yunan, ərəb, fars, türk, hind və b. xalqların
şeirində istifadə olunmuş və olunmaqdadır.
Azərbaycan poeziyasında müstəqil vəzn kimi heca
və əruz vəznlərindən və onlarla şeir şəklindən istifadə
olunur. Həmçinin, ayrıca sərbəst şeir forması da vardır
ki, özündə xüsusi vəzni və şəkli ehtiva edir.
Ədəbiyyat nəzəriyyəsində adətən şeir şəkillərinin
(janrlarının) bir hissəsi “şifahi xalq yaradıcılığı şəkilləri
(janrları)” adı altında, bir qismi isə “yazılı” və ya “klassik”
poeziya şəkilləri (janrları) adı altında öyrənilir. Lakin bu
məsələdə elmi məntiqin gözlənilməsi naminə mütləq “şifahi
ədəbiyyat”, “yazılı ədəbiyyat”, “müəllif ədəbiyyatı” və
“xalq ədəbiyyatı” anlayışlarının mahiyyəti, onlar arasında
əlaqə və fərqlər dəqiqləşdirilməli və fikir bildirərkən bu
anlayışların fərqinə varılmalıdır. Bu anlayışlar arasındakı
əlaqəni aşağıdakı sxem şəklində ifadə etmək olar:
Sxemdən göründüyü kimi, müəllif ədəbiyyatı həm
şifahi, həm də yazılı şəkildə yaradıla bilər, xalq ədəbiyyatı
şifahi şəkildə yaradılır, yazılı ədəbiyyat müəllif
ədəbiyyatıdır. O cümlədən, şifahi şəkildə həm xalq ədə-
biyyatı (şifahi xalq ədəbiyyatı), həm də müəllif ədəbiyyatı
(şifahi müəllif ədəbiyyatı) yaradıla bilər
Məsələn, aşıq ədəbiyyatı əsasən şifahi
ədəbiyyatdır, çünki, əsasən şifahi şəkildə yaradılır. Lakin
onun bütün ünsürləri xalq ədəbiyyatı deyil. Məsələn,
dastanların çoxu xalq ədəbiyyatıdır, çünki adətən bir
müəllif tərəfindən yaradılmır, olmuş hadisələr, rəvayətlər
əsasında, insan-ların, sənətkarların dilində formalaşır və
cilalanır. Aşıq-ların yaratdıqları qoşmalar, gəraylılar və
bəzi dastanlar isə müəllif ədəbiyyatıdır, çünki konkret
müəllifi var. Lakin bunlara rəğmən aşıq yaradıcılığı
nədənsə bütövlükdə “şifahi xalq yaradıcılığı” anlayışına
aid edilir.
Əslində müxtəlif xalqların istər şifahi, istərsə də
yazılı ədəbiyyatında işlənən, biri-birinə oxşar və
fərqli şeir şəkillərinin demək olar ki, hamısı,
mahiyyətcə, forma kimi xalq yaradıcılığı
məhsuludur. Çünki, onları konkret kimsə yaratmayıb
(konkret kim tərəfindən yaradıldığı məlum deyil),
xalqın içində öz-özünə for-malaşıb. Ona görə də
şəkillər (və ya janrlar) yalnız hansı sahədə (şifahi və ya
yazılı, müəllif və ya xalq ədəbiy-yatında) istifadə
olunmasına görə fərqləndirilə bilər.
Ədəbiyyat nəzəriyyəsində “şifahi xalq yaradıcılığı
janrları” adı altında öyrənilən şəkillər (bayatı, gəraylı,
qoş-ma və s.) yalnız şifahi xalq ədəbiyyatında yox, yazılı
və şifahi müəllif ədəbiyyatında da geniş yayılmışdır.
Bayatı əsasən şifahi xalq ədəbiyyatı nümunələrində
yayılsa da, gəraylı və qoşma şəkilləri şifahi xalq
yaradıcılığı nümunə-lərində (dastanlar daxilindəki şeirləri
və bəzi xalq mahnı-larının sözlərini nəzərə almasaq) o
qədər də geniş yayıl-mayıb və əsasən şifahi və yazılı
müəllif ədəbiyyatında geniş yayılıb. Bu da təbiidir,
çünki, bu formaların bayatıya nisbətən daha mürəkkəb
qaydalara malik olması şüurlu fərdi fəaliyyət tələb edir.
Yəni əslində gəraylı və qoşma kimi şəkillər müəllif
ədəbiyyatına xasdır, lakin forma kimi fərdi yaradıcılıq
yox, xalq yaradıcılığı məhsuludur, çünki, bütün digər
şəkillər (janrlar) kimi konkret müəllif tərəfin-dən
yaradılmayıb, müəlliflərin dilində öz-özünə forma-laşıb.
0 коммент.:
Отправить комментарий