Şeirin əsas forma elementləri: misra, bölgü və qafiyə.Şeir yaradıcılığında əsas forma elementləri misra, bölgü və qafiyədir. Başqa sözlə, bunlar şeiri nəsrdən fərqləndirən əsas forma elementləridir. Misra – şeirin bir sətridir. Bir şeirdə misraların uzun-luqları – onlarda olan hecaların sayları şeirin formasından asılı olaraq biri-birinə bərabər və ya fərqli ola bilər. Bölgü (təqti, durğu) – misranın real və ya ani (xə- yali) durğularla (pauzalarla) biri-birindən ayrılan parçaları-dır. Bölgülərarası durğular, yəni vəzn durğusu adi nitqdə-ki real, sintaktik durğulardan fərqlənir. Belə ki, vəzn dur-ğusu ani, xəyali də ola bilər. Hətta bir misrada sintaktik durğu, pauza vəzn durğusundan daha böyük ola bilər. Vəzn durğusu sintaksisdən yox, sözlərdəki və misradakı heca sayından, deyilişin ümumi ahəngindən asılıdır. Təəssüf ki, şeirşünaslığımızda indiyə qədər vəzn durğusu ilə sintaktik durğu arasındakı fərqin nəzərə alınmaması heca vəznində yanlış olaraq bölgülərin yalnız bütöv sözlərdən ibarət götürülməsinə və misraların yanlış bölgülənmə variantlarının müəyyən olunmasına gətirib çıxarmışdır. Bu məsələyə kitabın digər
bölmələrində ge-niş şəkildə və praktiki misallarla aydınlıq gətirəcəyik. Bölgülərin uzunluğu onlarda olan hecaların sayı ilə müəyyən olunur. Əruz vəznində sözlər bölgülərdə həmişə parçalana bildiyi halda, heca vəznində və sərbəst şeirdə bu parçalanma xüsusi hallarda – deyilişin normal ahəngə malik olduğu hallarda baş verir. Qafiyə – şeirdə ayrı-ayrı sözlərin sonluqlarında gə- lən, eyni və ya biri-birinə yaxın tək səslər və ya səs birlik-ləridir. Klassik ərəb və fars qafiyəşünaslığı ərəb qrafikası- nın xüsusiyyətləri əsasında formalaşmışdır. Belə ki, bura-da əsasən qafiyədə iştirak edən ərəb qrafikası hərflərinin (samitlərin və uzun saitlərin) və hərəkələrin (qısa sait-lərin) sayı, düzülüşü və tutduğu mövqeləri baxımından qafiyələrin təsnifatı aparılmış, bu hərf və hərəkələrin məhz dəqiqliklə təkrarlanması xətasız (eyibsiz, nöqsan-sız) qafiyələnmə hesab edilmiş, şeirdə praktiki olaraq rast gəlinən qafiyə xətaları (eyibləri, nöqsanları) özləri də təsnif olunmuşdur (ətraflı məlumat üçün bax: 36, s. 88-108; 34, s. 89-127; 49, s. 141-166 ). Qafiyənin müasir ana dilimiz və daha dəqiq, sadə əlifba olan latın qrafikalı müasir əlifbamız əsasında öyrənilməsi isə fərqli yanaşma tələb edir. Bu sahədə ən köklü araşdırmalardan birini görkəmli əruzşünasımız Əkrəm Cəfər aparmışdır. Klassik şərq poeziyasının dərin bilicisi və tədqiqatçısı olan alimimiz anadilli şeirimizin qafiyəsi haqqında irəli sürdüyü mülahizələrdə (8, s. 8- 20) qafiyənin dayağının bir səs (sait və ya samit) olduğunu qəbul etmiş və tərtib etdiyi qafiyə lüğətində (8) də bunu əsas götürmüşdür. Lakin bu yanaşma da bir
növ ərəb qrafikası hərfləri əsasında formalaşdırılmış ərəb və fars qafiyəşünüslığına uyğundur. Müasir “Ədəbiyyat Nəzəriyyəsi” və yaxın məzmunlu digər kitablarda isə yalnız qafiyənin ümumi tərifi və müxtəlif təsnifatları verilir. Burada zəngin (tam, uzun) və yoxsul (natamam, qısa), normal və qulaq, misrasonu və daxili, cinas və adi, rədifli və rədifsiz və s. qafiyə növləri fərqləndirilir. Lakin qafiyə anlayışı haqqında verilən bu məlumatları qətiyyən qənaətbəxş hesab etmək olmaz. Çünki, burada qafiyənin formal mənada belə, mahiyyəti tam açılmamışdır. Yalnız cinas qafiyələr dəyərli folklorşü-nas alimimiz Elxan Məmmədli tərəfindən geniş tədqiq olunmuşdur (37). Fikrimizcə, qafiyənin səs əsası – dayağı kimi bir səsin yox, səs cütlüyünün götürülməsi daha doğrudur. Qafiyənin dayağında bir səsin dayanması isə anadilli şeirimizdə xüsusi hal kimi və yalnız sait səs üçün qəbul oluna bilər. Belə ki, anadilli poeziyamızda klassik, ənənəvi qafiyənin səs əsasını – dayağını sait-samit səs cütlüyü, az hallarda samit-sait səs cütlüyü, az və xüsusi hallarda isə tək sait (uzanan və ya uzanmayan) təşkil edir. Dayaqdan sonra istənilən uzunluqlu eyni şəkilçi və ya rədif gələ bilər. Dayaqdan əvvəl isə eyni səs və ya səslərin olması qafiyələnmə üçün vacib deyil. Lakin bu hal qafiyələn-mənin daha da zənginləşməsinə səbəb olur. Eyni şəkilçilərin müxtəlif sözlərə ələvə edilməsi isə həmin sözlərin qafiyələnməsi demək deyil. Lakin burada bəzi sözdüzəldici (leksik) şəkilçilər istisnadır. Məsələn, yoldaş-sirdaş sözləri qafiyə kimi qəbul olunur, halbuki onlar eyni sözdüzəldici şəkilçinin müxtəlif sözlərə əlavəsi ilə yaranmışdır. Şair, tədqiqatçı Şamil Dəlidağ (Əsgərov) tərtib etdiyi qafiyə lüğətində (10) çox doğru olaraq məhz sait-
samit və samit-sat səs cütlüklərini əsas götürmüşdür. O, bu səs cütlükləri əsasında qafiyələnən söz köklərinin, həmçinin düzəltmə sözlərin böyük siyahısını tərtib etmişdir. Ş.Dəli-dağ qafiyəşünaslığımız üçün çox dəyərli töhfə olan bu əsərində məhz yeni və daha sadə elmiməntiqi yanaş-ma ilə qafiyə lüğəti tərtib etmək ənənəsinin əsasını qoymuşdur. Aşağıdakı təsnifat və praktiki misallarla qafiyə haqqında yuxarıda dediyimiz fikirlərin mahiyyətini daha aydın şəkildə açmağa çalışacağıq. Fikrimizcə, qafiyənin yox, qafiyələnmənin təsnifatından danışmaq daha doğru olar. Çünki, hər şey qafiyələn-mədə aşkara çıxır. Qafiyələnmə söz kökləri sonluqları, söz kökü sonluğu və şəkilçi, kök-şəkilçi birləşmələri, müxtəlif şəkilçilər və s. arasında baş verə bilər. Bütün bunları nəzərə alaraq qafiyələnmənin təsnifa-tını aşağıdakı kimi aparmaq olar. Dayağının xüsusiyyətinə görə qafiyələnmənin aşağıdakı növlərini müəyyən edə bilərik: 1. Sait-samit səs cütlüyü (qapalı heca) dayağı ilə qafiyələnmə (güclü qafiyələnmə). Belə qafiyələnmə üçün söz ehtiyatı kifayət qədər çoxdur və çox geniş yayılmış- dır. Şairlər, aşıqlar və meyxanaçılar qafiyələnmədə saitsamit səs cütlüyünün nə dərəcədə əhəmiyyətli olduğunu gözəl bilirlər. Eyni səsli (an-qan-yaman-balaban və s.), yaxın saitli (əl-el-gül-dil və s.) və hətta yaxın samitli (həyat-murad və s.) variantlarını fərqləndirmək olar. Misallara baxaq. Eyni səsli variant: Vətəni sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz. A.Səhhət Yaxın saitli variant: Mən sənin dilinə dəymirəm, cəllad, Gəl sən də bu ana dilimə dəymə! Sənin də bağın var, gülün var, çəkil, Bağımda əkdiyim gülümə dəymə! S.Rüstəm Yaxın samitli variant: Bu dil şirinlikdə şərbət kimidir. Saflığı qorunun sərhəd kimidir... T.Bayram 2. Samit+sait səs cütlüyü (açıq heca) dayağı ilə qafiyələnmə (zəif qafiyələnmə). Məsələn, dünya-dəryaröya, ayna-aşna, kölgə-cərgə və s. Samit-sait səs cütlüyü oxşar tələffüz təəssüratını yüksək səviyyədə yarada bilmədiyindən belə qafiyələnmə xalis qafiyələnmə deyil və eyni zamanda bunun üçün söz ehtiyatı da azdır. Klas-sik əruzvəznli poeziyada demək olar ki, istifadə olunma-mışdır. Misal: Bu necə dünyadır, bu necə dünya? Ölümü həqiqət, həyatı röya. B.Vahabzadə 3. Tək sait dayağı ilə qafiyələnmə. Bu növün şəkilçi qəbul etmiş və etməmiş variantları var. Şəkilçi qəbul etməmiş variant (yarımçıq qafiyələn-mə) az istifadə olunur. Daha çox əruzvəznli
poeziyada, özü də uzanan saitlə olan variantına rast gəlinir. Məsələn, sevda-rəna, su-bu və s. Misallar: Demə məcnuna dəli, bəlkə də Leyla dəlidir, Eşq olan yerdə bütün aqili dana dəlidir Ə.Vahid Gülü rüxsarına qarşu, gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? M.Füzuli Yaxın səsli varianta misal: Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu! Ki, hazıram yıxılıb xaki payinə hər gün Öpüm ayağını icz ilə. Kimdir o, nədir o? C.Cabbarlı Az da olsa hecavəznli şeirlərdə, özü də uzanmayan saitli variantına da rast gəlinir: Düşündülər, görəsən onun dərdi nə imiş. ...Özü nəhəng olsa da, kökü lap üzdə imiş. T.Bayram Tək sait dayağı ilə qafiyələnmənin şəkilçi qəbul etmiş variantından daha çox istifadə olunur. Çünki, tək saitlə qafiyələnən sözlərə şəkilçi əlavə olunduqda sait samitlə qapanır və sait-samit səs cütlüyü dayağında qafiyələnmə kimi səslənir, bir növ sait-samit səs cütlüyü dayağında qafiyələnməyə çevrilir. Ona görə də
bu xüsusi haldan müasir poeziyada geniş istifadə olunur. Misallara baxaq. Qafiyələnən sözün isim olduğu hala misal: Bu yalan dünyanın tərs ayna+sı var, Sevincə bənzəyən çox bəla+sı var... N.Kəsəmənli Qafiyələnən sözlərin feil olduğu hala misal: Dağlara qar düşdü, qəribsə+yirəm, Qəlbimə bir həmdəm qəlb istə+yirəm M.Araz Qafiyələnən sözlərin quruluşuna görə qafiyələnmənin aşağıdakı növlərini müəyyən edə bilərik: 1. Söz kökü sonluqlarının qafiyələnməsi. Sözlərin hansı nitq hissəsinə aid olmasına görə müxtəlif variantları var. Məsələn, dağ-bağ (isim-isim), ver-yer (feil-isim), almaq-qalmaq (feil-feil), ağ-sağ (sifət-sifət), qara-yara (sifət-isim) və s. Misallar: Anamız vətənçin vurmasa ürək (isim), Haram olsun mənə yediyim çörək (isim). S.Rüstəm Millət yoludur, haqq yoludur tutduğumuz yol (isim), Ey haqq, yaşa, ey sevgili millət, yaşa, var ol (feil). T.Fikrət Öz şəxsi dərdinə qalanlar mənə, Hörümçəklər kimi tor hörməsinlər (feil). Ürəyi qara daş olanlar mənə, Müqəddəs dərdimi çox görməsinlər (feil)... S.Rüstəm
2. Söz kökü sonluğu ilə şəkilçinin qafiyələnməsi. Daha çox müasir poeziyada istifadə olunur: Al qoynuna dostlarını, ey bağrı qan Arazım, Mənim qanlı göz yaşımdan yaran+mısan, Arazım! S.Rüstəm Bilsin ana torpaq, eşitsin vətən, Müsəlləh əsgərəm mən də bu gün+dən. S.Vurğun Lakin klassik əruzvəznli poeziyada da buna kifayət qədər nümunələr tapmaq olar: Həqq bilir bir zərrə neştərdən damarlar ağrımaz ...Gər bu gerçək aşiqi sərpa soy+arlar, ağrımaz İ.Nəsimi Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə, Onda min zövq artıran hər dürlü nemət düz+müşəm. Kim gəlir, gəlsin aparsın hər nə istər xatiri, Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm. M.Füzuli Sahibsiz olan məmləkətin batması haqdır Sən sahib olarsan, bu vətən bat+mayacaqdır! M.A.Ərsoy 3. Söz kökü sonluğu ilə kök sonluğu-şəkilçi birləş- məsinin qafiyələnməsi. Daha çox müasir poeziyada istifadə olunur:
Sən beləsənmiş bala+m, ay bərəkallah sənə. Fisq imiş əmrin tamam, ay bərəkallah sənə. M.Ə.Sabir Səni tanıdıqca sən mən+ə sirsən, Sirlər açıldıqca sən yenə sirsən! N.Xəzri 4. Şəkilçi ilə kök sonluğu-şəkilçi birləşməsinin qafiyələnməsi. Bu növ də daha çox müasir poeziyada istifadə olunur: İl qaldı bir əsri yarı böl+məyə ...İşığın qəfildən dönər kölgə+yə... M.Araz 5. Kök sonluğu-şəkilçi birləşmələrinin qafiyələnməsi. Bu növə söz kökü sonluğu ilə kök sonluğu-şəkilçi birləş-məsinin qafiyələnməsinin xüsusi halı kimi də baxmaq olar. Belə ki, burada adətən saitlə bitən kökə iki və daha çox səsə malik şəkilçi əlavə edilir və həmin saitin samitlə qapanması bu sözün samitlə bitən digər şəkilçili köklə qafiyələnməsinə imkan yaradır. Yəni bu halda qafiyələn-mənin alınması üçün mütləq hər iki söz şəkilçi qəbul etməlidir. Misallar: Guya zindan boğa bilər azadlığın haqq səs+ini, Ölüm-dirim savaşına bəstələnmiş nəğmə+sini S.Rüstəm Mən vurğun deyiləm şöhrətə, ad+a, Sadə bir şairəm, qoca dünya+da. S.Rüstəm
6. Eyni sonluqlu müxtəlif şəkilçilərin qafiyələnməsi. Əsasən müasir dövr poeziyasında istifadə olunmağa başlamışdır. Məsələn, getsən-yerdən (şərt şəkilçisi və çıxışlıq hal şəkilçisi), düşər-ləpələr (qeyri-qəti gələcək zaman şəkilçisi və cəm şəkilçisi) və s. Misal: ...Bülbüllər məskəni bir gülüstanı Deyirlər, ikiyə sən ayır+mısan. Götürün üstümdən quru böhtanı, Bilsin təqsirini adıma yaz+an! S.Rüstəm Bəzən sözlər eyni yox, oxşar səslər vasitəsiylə qafiyələndikdə yanlış olaraq bunu “qulaq qafiyəsi”, “fonetik qafiyə” və s. kimi qəbul edirlər (onsuz da qafiyə fonetik hadisədir). Məsələn, görkəmli dilçi alimimiz Ağamusa Axundov mütləq eyni səslərə malik olmayan bütün qafiyə-ləri “nisbi fonetik qafiyələr” kateqoriyasına (növünə) aid edərək bu növün çoxsaylı və biri-birindən xeyli fərqlənən variantlarını müəyyən etmişdir (1, s. 79-90). Lakin fikri-mizcə bu doğru təsnifat deyil. Məsələn, sözünü-üzünü ki-mi sait səs yaxınlığı ilə müşayiət olunan normal, köklü qa-fiyələnmə ilə aşağıda misallar gətirəcəyimiz qulaq qafiyə-lərini eyni kateqoriyaya aid etmək olmaz. Belə ki, yalnız o qafiyələr “qulaq qafiyəsi” kimi qəbul olunmalıdır ki, orada ayrı-ayrı səslərin oxşarlığı yox, yalnız (qulaqda) ümumi səslənişin oxşarlığı olsun, başqa sözlə, qafiyə yuxarıdakı növ və variantların heç birinə uyğun gəlməsin, yəni əslin-də normal tələblərə cavab verən qafiyə olmasın. Məsələn kişi-işin, xəzəli-bəzəyir, biçimində-içində, uzun-ulduzu, ağrıdı-ağırdır və s. Bu sözlərdə əslində normal
qafiyələn-mə yoxdur, yalnız (qulağa gələn) ümumi səslənişdə ox-şarlıq var. Məsələn, birinci misaldakı “iş” cütlüyünü dayaq kimi qəbul etsək görərik ki, sözlərdə ondan sonra gələn səslər (“i” və “in”) tam təkrarlanmır və deməli normal qafi-yə deyil və yalnız qulaqda oxşar ümumi səslənmə var. Qulaq qafiyələrinə xüsusən Məmməd Araz yaradı- cılığında çox rast gəlirik. Misallar: Qayalar necə də boynu buruqdur ...Kiminsə qəsdinə hicran durubdur ...Anamın qəbri də qar altındadır Anamın qəlbi də qar altındadır M.Araz Yerini tanıdın, haqqını qandın, Bir məlum hikmətin dodağı qaçır: Qoltuğa öyrəşdi – qoltuqda qaldı, Qol-budaq acımadı qoltuq ağacı. M.Araz ...Hər maskalı casusun bir mələk biçimində, Omba duran gürzəmi, ya əqrəbmi içində? ...Dördmərtəbə zindanım, boyun nə qədər uzun, Əlimizdən almısan Ayı, Günü, ulduzu. X.R.Ulutürk Azərbaycanı sevin, sevin Azərbaycanı ...Sevin odum, ocağım, evim Azərbaycanı. ...Yaraları göynəyir, yaraları sızlayır Bu millətin qeyrətli oğulları, qızları C.Novruz
Yamanlıq gördüm Ürəyim ağrıdı Haqsızlıq gördüm Yükü dağlardan ağırdı R.Rza Dilimiz şəkilçilərlə kifayət qədər zəngin olduğundan müəyyən etdiyimiz qafiyələnmə növlərinin məhz şəkilçilərin növlərinə görə çoxsaylı variantlarını müəyyən etmək olar. Lakin buna ehtiyac görmürük. Çünki, istənilən halda həmin variantlar yuxarıda müəyyən etdiyimiz təsnifatdan kənara çıxmayacaq.
0 коммент.:
Отправить комментарий